29 Sentyabr 2020
14:28
1758

Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlandı

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən İslahat.az-a bildirilib ki, 15 şagirdin, 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 10 şagird və 1 işçidə koronavirus aşkarlanıb.

Distant təhsilə keçirilmiş siniflərin sayı 7-dir. 

Ümumilikdə indiyə qədər ölkə üzrə bir məktəb, 19 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib. 
 
İslahat.az