12 Oktyabr 2021
16:50
20389

Üçüncü doza vaksin ilk növbədə kimlərə vurulacaq? - AÇIQLAMA

"Üçüncü doza (buster) vaksin gücləndirici peyvənddir. Əlbəttə ki, onun kifayət qədər lazımlı olduğu öz təsdiqini tapıb”.

İslahat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.

O deyib ki, onu vurdurandan sonra immunitet xeyli artır:

"Ona görə tövsiyə etmişik ki, ilk növbədə 60 yaşdan yuxarı əhali və risk qrupuna daxil olanlar bu dozanı vurdursunlar. Növbəti mərhələdə digər əhali kontingenti də buna cəlb olunacaq”.

İslahat.az