20 May 2020
08:48
388

COVID-19-a yoluxanların sayı 4,7 milyonu ötüb

Dünyada COVID-19-a yoluxanların sayı 4,7 milyonu ötüb.

İslahat.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Ayrı-ayrı ölkələrdən alınan son rəsmi məlumatlara görə, son bir gündə COVID-19-a yeni 112 637 yoluxma qeydə alınıb, virusa yoluxmuş 4 322 pasiyent ölüb.

Beləliklə, dünyada koronavirusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 4 731 458 təşkil edir. Pandemiya ərzində koronavirusdan ümumilikdə 316 169 nəfər ölüb.

Dünyada koronavirusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Bu qitədə 2 082 945 nəfər COVID-19 xəstəsidir.
 
İslahat.az