Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən iclası çərçivəsində belaruslu həmkarı Vladimir Makey ilə görüşüb.
İslahat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edib.
Tərəflər iki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq gündəliyini müzakirə ediblər.
Həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin
əhəmiyyətini vurğulayıblar.
Ceyhun Bayramov həmkarına bölgədə mövcud olan ən son vəziyyət, üçtərəfli
bəyanatların icrası ilə bağlı Azərbaycan tərəfindən atılan addımlar, azad
edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə
məlumatlandırıb.
Vladimir Makey yenidənqurma işlərində iştirak etməyə hazır
olduqlarını ifadə edib.
Tərəflər, həmçinin gündəlikdə duran və qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparıblar.
İslahat.az