Cənab Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib.
Azərbaycan Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır
Son vaxtlarda qarşılıqlı münasibətlərin genişlənməsi Avropa
İttifaqı ilə tərəfdaşlığımızın göstəricisi olmaqla bərabər, Avropanın
iştirakını, Avropa gündəliyini nümayiş etdirir ki, bu da ölkəmizin hədəflərinə
tam uyğundur. Bu gün Avropa İttifaqı ölkəmizin əsas ticarət tərəfdaşıdır.
Ticarətimizin 40 faizi Avropa İttifaqı ilə aparılır. Bu il isə Azərbaycanın
Avropa İttifaqına üzv dövlətlərlə ticarət dövriyyəsinin həcmi 6,8 milyard ABŞ
dolları təşkil edib. 1700-dən çox Avropa şirkəti Azərbaycanda fəaliyyət
göstərir. Bu, bizim iqtisadi fəaliyyətimizin miqyasını nümayiş etdirməklə
yanaşı, Azərbaycanın üzv dövlətlərlə ikitərəfli əlaqələrdə fəallığını göstərir.
Belə ki, ölkəmiz Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq
haqqında sənədlər imzalayıb və beləliklə, Avropa İttifaqına üzv dövlətlərin
üçdəbiri Azərbaycanı strateji tərəfdaş hesab edir.
Həmçinin 44 günlük Vətən müharibəsində əldə olunan zəfərdən sonra dünya
əhəmiyyətli yeni nəqliyyat infrastrukturnun yaradılması ölkəmizn strateji
əhəmiyyətini daha da möhkəmləndirir. Bu nəhəng nəqliyyat infrastruktur
layihələrinə nəzər saldıqda, əminliklə deyə bilərik ki, bütün bunlar Avropa
İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətini
göstəricisidir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli
üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların
açılması üçün yeni imkanlar var. Bunun üçün mövcud əlaqələrə əlavə, növbəti
təkan verilməlidir. Belə ki, Avropa İttifaqı ilə Azərbaycan arasında
tərəfdaşlıq, əsasən, maliyyə dəstəyinə əsaslanan işbirliyi deyil, Avropa
İttifaqının prioritet hesab etdiyi iki istiqamət – iqlim dəyişməsi və rəqəmsal
inqilab sahəsində birgə başlanılan layihələrin əsasında olmalıdır.
Bundan başqa, bir sıra öhdəlikləri öz üzərinə götürməsi Azərbaycanın
məsuliyyətli və etibarlı dövlət olmasından xəbər verir. Ona görə də Avropa
İttifaqı müxtəlif məsələlər üzrə irəliləyişə nail olmaq üçün səyləri
dəstəkləməyə hazırdır. Bununla yanaşı, Avropa İttifaqı sərhədlərin
delimitasiyası və regional əməkdaşlıq səylərində də yaxından iştirak etmək
əzmindədir.
Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri
Cənub Qaz Dəhlizinin reallaşması birmənalı şəkildə tarixi hadisədir
Qərbin enerji təhlükəsizliyinin təmin olunması ölkəmizin Avropa
İttifaqı ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ötən illər ərzində
enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub.
Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması, 2020-ci ilin
sonunda isə onun sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəmərinin
istismara verilməsi mühüm tarixi əhəmiyyətə malikdir. Yanvarın 1-dən bu günədək
Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və
Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki,
gələcəkdə Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artırılacaq. Bir
məqamı da xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın Avropa İttifaqı ilə
birlikdə uzun illərdir Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik etməsi bu
layihənin uğurla həyata keçirilməsinin mühüm amili olub. 3500 kilometr
uzunluğunda kəmər sistemi və nəhəng "Şahdəniz-2” qaz yataqlarının işlənməsi
ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın
nadir təcrübəsidir.
Bu gün Cənub Qaz Dəhlizi layihəsinə yatırılmış ümumi investisiyaların həcmi 33 milyard
ABŞ dollarından çoxdur. Bundan başqa, artıq 15 ildir ki, Azərbaycan Avropa
istehlakçılarının etibarlı xam neft təchizatçısıdır. Əminik ki, Azərbaycanın
qaz təchizatçısı kimi potensialı gələcəkdə daha da artacaq və bu, ixracatçı
olaraq bizim üçün, tranzit ölkələr üçün və istehlakçılar üçün daha çox imkanlar
yaradacaq. Çünki Azərbaycan qazı təkcə yeni marşrutdan olan qaz deyil, yeni
mənbədən olan qazdır və bu, layihəni həqiqətən də enerji təhlükəsizliyi
layihəsinə çevirir.
Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru
Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır
Ötən il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən
müharibəsində məğlubiyyətə uğrayan işğalçı ölkə Azərbaycan və Rusiya
prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanata
əsasən üzərinə öhdəliklər götürdü. Bəyanatın şərtlərinə uyğun olaraq, işğal
altındakı digər ərazilərimiz bir güllə belə atılmadan, heç bir itki verilmədən
azad olundu. Əvvəlcə Ağdam şəhəri və rayonun işğal altında qalan kəndləri,
növbəti mərhələdə isə ölkəmizin əzəli və əbədi torpaqları olan Kəlbəcər və
Laçın rayonları rəşadətli Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Sözügedən
bəyanatın 9-cu maddəsində bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin
bərpa olunmasının zəruriliyi vurğulanır. Başqa sözlə desək, Naxçıvan Muxtar
Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat
kommunikasiyalarının inşasının reallaşdırılması nəzərdə tutulur. Fevralın 14-də
Prezident İlham Əliyevin Horadiz–Ağbənd dəmir yolu xəttinin təməlini qoyması da
sözügedən bəyanatın 9-cu maddəsinin icrasına başlanılmasının bariz ifadəsidir.
Bir sözlə, ərazilərimizin işğaldan azad edilməsi nəticəsində yaranmış yeni
reallığa uyğun olaraq, Azərbaycanın əsas hissəsini və Naxçıvan Muxtar
Respublikasını birləşdirəcək Zəngəzur dəhlizi regionun tranzit-logistika
potensialını genişləndirəcək. Bu potensialın reallaşdırılması yeni nəqliyyat
marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, iqtisadi gücümüzü daha
da artırmaqla yanaşı, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.
Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu
Şirkəti də Zəngəzur dəhlizində kommersiya baxımından maraqlıdır. Ermənistandan
İrana başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi
Tehran üçün də Zəngəzur dəhlizi yeni nəqliyyat imkanları açdığına görə iqtisadi
baxımdan faydalıdır.
Famil Abbasov –Vətən müharibəsi iştirakçsı
Azərbaycan MDB məkanında birinci ölkə idi ki, vaksinasiyaya start verdi
Məlum olduğu kimi iki ilə yaxın müddətdir ki, dünya dövlətləri və
olkəmizdə COVİD-19 xəstəliyinə qarşı davamlı mübarizə aparılmaqdadır. Ümumdünya
Səhiyyə Təşkilatı 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı
fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış
təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını
elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin
pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir. Pandemiyanın elan edildiyi
vaxtdan bu günə qədər onunla mübarizədə fərqlənən, ona qarşı vaxtında və
effektiv tədbirlər görən ölkələr sırasında Azərbaycan Respublikası da yer
almışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi
altında müdriklik və uzaqgörənliklə həyata keçirilmiş çoxşaxəli qabaqlayıcı
tədbirlər, pandemiyanın iqtisadiyyata vurduğu zərbələr fonunda insanların
sağlamlığı və sosial təminatının ön plana çəkilməsi ölkəmizi gözəgörünməz
düşmənin ilk həmlələrindən xilas edə bilmişdir.
Koronavirusla mübarizə çərçivəsində görülən işlərdən biri kimi Cənab Prezident
İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış "Koronavirusla
Mübarizəyə Dəstək Fondu”nu da göstərmək olar. Belə ki, Fondun yaranmasında
məqsəd Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının
qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən
tədbirlərəmaliyyə dəstəyini təmin etməkdən ibarət olmuşdur. Pandemiyanın
davam etməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli
olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll
edilməli olduğunu nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı
mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan
edilmişdir. COVID-19 xəstəliyinə qarşı hazırlanan vaksinlər mövcud vaksinlərdən
fərqli olaraq yeni elmi platformalarda tam yeni molekulyar texnologiyalar
əsasında işlənilib hazırlanılıb.
Belə ki, koronavirusla bağlı mübarizə sahəsində atılan uğurlu addımlar
sırasında "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci
illər üçün Vaksinasiya Strategiyası”ı təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli 48s Sərəncamının
qəbul edilməsi olmuşdur. Strategiya özündə yalnız dövlət tərəfindən həyata
keçiriləcək vaksinasiya tədbirlərini əhatə edir.
Pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə rayonumuzda da əhalinin
vaksinləşmə prosesinə rəhbərlik etmək üçün Rayon İcra Hakimiyyəti başçısının
sərəncamı ilə qərargah və xüsusi qrup yaradılmışdır. İcra Hakimiyyəti
başçısının şəhər və kənd İƏD üzrə nümayəndəlikləri, aidiyyəti qurumlar o
cümlədən tibb işçiləri tərəfindən əhali arasında maariflənmə işləri aparılaraq
vaksinləşmə prosesinin yüksək mütəşəkkilliklə keçirilməsi davam etdirilir.
Koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən
vaksinləşmə prosesi vətəndaşların sağlamlığı üçün vacib mərhələdir. Bu sahədə
hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşür.
Ruslan
Nemətov – "Rayon Mərkəzi Xəstəxanası” PHŞ direktoru
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin, görülən işlərin mərkəzində hər zaman insan amili, sosial rifah dayanıb
Azərbaycan Respublikasının Konstitusiyası ilə ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək ali
niyyət kimi bəyan edilib. Həmçinin, ana qanunumuzla vətəndaşlara layiqli həyat
səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir: "Prezident İlham Əliyevin
yerli televiziyalara verdiyi müsahibədə səsləndirdiyi statistika, o cümlədən
bəyan etdiyi fikirlər konstitusion olaraq müəyyən olunmuş bu ali niyyət və
məqsədə sədaqətin təzahürüdür. Digər tərəfdən, o da məlumdur ki, pandemiya
bütün dünyada ağır iqtisadi böhrana, o cümlədən, nəticə etibari ilə ciddi
sosial problemlərə yol açıb. Təbii ki, qlobal iqtisadi məkanın bir hissəsi kimi
Azərbaycan da bu proseslərdən sığortalanmayıb. Lakin 44 günlük müharibə, daha
sonra işğaldan azad olunmuş ərazilərdə başlanan geniş miqyaslı quruculuq-bərpa
prosesinin ciddi iqtisadi yükünə baxmayaraq Azərbaycan sosial dövlət
konsepsiyasından geri çəkilmədi. Əksinə, 30 milyard manata çatacaq xərclə
2022-ci ilin dövlət büdcəsi tariximizdə ən böyük büdcə olacaq və bu büdcədə
xərclərin əhəmiyyətli hissəsi məhz sosial sahəyə yönəldiləcək. Prezident İlham
Əliyevin müsahibədə qeyd etdiyi kimi, bu, kifayət qədər mürəkkəb bir dövr olan
2021-ci ildə əldə edilmiş nailiyyətlərin hesabınadır”.
Ötən illə bağlı digər mühüm məqam xarici ticarət balansının 10 milyard dolları
aşan müsbət saldosu ilə bağlıdır. Dövlət başçısının qeyd etdiyi kimi bu
rəqəmlərin təməlində uzunmüddətli iqtisadi strategiyamız dayanır: "Burada
diqqət ediləcək digər vacib bir məqam, dövlət başçısının müəyyən etdiyi kursa
uyğun olaraq iqtisadi strategiyanın sosial amilləri nəzərə alaraq həyata
keçirilməsi, daha dəqiq formada ifadə etsək, Prezident İlham Əliyevin iqtisadi
və sosial siyasətinin bir-birini tamamlaması ilə bağlıdır. Bu ona görə vacibdir
ki, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi
təsir göstərir. Lakin Prezidentin özünün də müsahibədə vurğuladığı kimi, elə
siyasət aparılır ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi
islahatlar insanların güzəranına mənfi təsir göstərməsin”.
Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Bu gün beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallığı qəbul edir
Vətən müharibəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni
vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif
ölkələrdən olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin
təşkil edilmiş səfərləri erməni siyasətinin əsl simasını ifşa etdi. Ölüləri
qəbirdən çıxarıb onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb
qonşu ölkələrə satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi
mənzərələr çox acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti
nəticəsində bu reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya
Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar
verməyə də, böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. İkinci Qarabağ
müharibəsi təkcə ərazilərin azad edilməsi, təkcə milli ruhun oyanması və
ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox böyük multiplikativ, müsbət
effektdir.
Bu gün beynəlxalq təşkilatların Azərbaycanın yaratdığı yeni reallığı qəbul
edir, rəsmi İrəvan Rusiyanı müharibəyə cəlb etmək üçün müxtəlif təxribatlara əl
atıb. Müharibə zamanı əldə etdiyimiz məlumata əsasən müəyyən olundu ki, erməni
tərəfi Rusiya tərəfindən xahiş edib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının
kontingentinin bir hissəsi Zəngilana ezam edilsin. Nəticədə Gümrüdəki Rusiya
bazasının çox məhdud kontingenti oraya ezam edildi. Bu hadisə baş verəndən dərhal
sonra erməni silahlı qüvvələri rusiyalı hərbi qulluqçuların arxasından
Azərbaycan qoşunlarını atəşə tutmağa başladılar. Orada məsafə çox kiçik idi,
buna görə onlar minomyotlardan da atəş açırdılar. Ermənistanın rəhbərliyi
istəyirdi ki, Azərbaycan erməni mövqelərinə cavab atəşi açmaqla rusiyalı hərbi
qulluqçulara ziyan vursun və bununla da Rusiyanı müharibəyə iştirakçı tərəf
qismində cəlb etsin.
Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri
Azərbaycan hər zaman beynəlxalqhüququn aliliyini müdafiə edir
"Vətən müharibəsi zamanı aparıcı ölkələrin mövqeyi də önəmli
məsələlərdən idi. İkinci Qarabağ müharibəsi zamanı Rusiya siyasi
nöqteyi-nəzərdən tam neytral mövqe nümayiş etdirirdi. ABŞ və Fransa isə
Ermənistana rəğbətini gizlətmirdi. Artıq Fransa müharibənin nəticələrini qəbul
etmişdir və Prezident E.Makronun təşəbbüsü ilə Brüsseldə üçtərəfli görüş
keçirilmişdir.
Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr
uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə,
beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər
münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü
artırmalıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi
müsahibədə Zəngəzur dəhlizi barədə danışaraq qeyd etdi ki, Ermənistan tərəfi
Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya
sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur dəhlizinin
hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm vaxta, həm də
yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi, sadəcə olaraq, dəmir yolu deyil. Bu
dəhlizdən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək. Gələcəkdə oradan
Naxçıvana elektrik xətləri çəkiləcək. Sonra ola bilsin ki, qaz xətləri də
oradan keçsin. "Zəngəzur dəhlizi” termini artıq beynəlxalq leksikona da daxil
edilib”.
Hazırda Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları
düzgün tərtib etməkdir. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması
niyyətindədir. Avropa da əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmiz
Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi
baxımından Avropanın ən yaxın tərəfdaşı və etibarlı təchizatçı olan
Azərbaycanın qazına ehtiyac duyulur. Prezidentin də qeyd etdiyi kimi,
energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün
təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə həm siyasi, həm də
iqtisadi fayda əldə edilməsinə hədəflənib.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru
Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın
12-də yerli televiziya kanallarına müsahibəsini hamımız izlədik. Cənab
Prezident xarici kanallara verdiyi çoxsaylı müsahibələr kimi bu dəfə də ölkənin
xarici və daxili siyasəti, iqtisadi-siyasi vəziyyət barədə ətraflı məlumat verərək
bir çox mətləblərə toxundu.
Sülhməramlıların fəaliyyəti barədə söylədikləri fikirlərə diqqət yetirəndə
görürük ki, sülhməramlıların fəaliyyətinin müsbət tərəflərinin nəzərə
alınmaması ədalətsizlik olar. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub.
Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o
cümlədən prezidentlər səviyyəsində.
Qarabağa, Xankəndiyə və Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan digər
yerlərə gələnlərin sayı gedənlərin sayı ilə böyük fərq təşkil edir. Daha çox
insan oradan gedir. Bu əraziyə girən maşınların 91 faizi yoxlanılmır. Oradan
çıxan maşınların isə cəmi 46 faizi yoxlanılmır. Rusiya sülhməramlı qüvvələri
çalışırlar, giriş sərbəst olsun, çıxışda isə müəyyən problemlər olsun.
Azərbaycan maşınların da, insanların da sayını bilir, nə qədər insan girib, nə
qədər çıxıb və bu da qəbuledilən məsələ deyil. Müharibə dövründə oradan çıxmış
əhalinin 38 mini İkinci Qarabağ müharibəsindən sonra qayıdıbdır və
qayıdanlardan 11 mini oranı həmişəlik tərk edib. Dəqiqləşdirilmiş məlumata
görə, indi Rusiya sülhməramlılarının nəzarətində olan ərazidə 27 min insan
yaşayır.
Onlar indi önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər,
Laçın rayonlarına həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və
daşınmasını müşayiət edirlər.
Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri
QALİBLƏRİN DOSTLARI ÇOX OLUR
Azərbaycan beynəlxalq hüququ və ədaləti güc yolu ilə bərpa etdi.
Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edərək
beynəlxalq presedent yaratdı. İstər müharibənin gedişatı, istərsə də ondan
sonrakı periodda baş verən hadisələr bu reallığı ortaya qoydu ki, bizim
məqsədimiz erməni işğalçılığına son qoymaqla regiona sabitlik və inkişaf
gətirməkdir.
Azərbaycan artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin.
Prezident İlham Əliyevin xarici KİV-ə çoxsaylı müsahibələri, onun ən müxtəlif
beynəlxalq platformalardan istifadə edərək dünya ictimaiyyətinə etdiyi ardıcıl
çağırışlar son nəticədə yaratmış olduğumuz yeni reallıqların beynəlxalq birlik
tərəfindən tanınmasına gətirib çıxarmışdır.Artıq əminliklə deyə bilərik
ki, 44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik
qazanıb.Təbii ki, biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə,
səbatla, yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni
reallıqlardan tamamilə uzaq idi. Həmin bəyanatlarda vaxtaşırı münaqişə
mövzuları, status və digər qəbuledilməz məsələlər qabardılırdı. Lakin sonradan
onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar
sənədlərə istinadlar verməyə başladılar. Yəni Minsk Qrupunun fəaliyyətində də
artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir.
Burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın
güclü ölkə olması da rol oynadı.Aydın məsələdir ki, bu gün beynəlxalq
siyasətdə hüququn gücü yox, gücün hüququ işləyir. Yəni "güclüsənsə, deməli
haqlısan” prinsipi əksər hallarda özünü doğruldur.Bu mənada, Azərbaycan
artıq o ölkə deyil ki, onun mənafelərinə etinasızlıq göstərilsin. Ölkəmiz haqlı
tərəf olduğu kimi, həm də güclü tərəfdir. Müharibəni qələbə ilə başa vurmağımız
bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdı. Təbii olaraq,
təcrübə onu göstərir ki, qaliblərin dostları da həmişə çox olur. Və bu gün bizə
dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik. Bu
isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir
göstərir, haqq işimizə əlavə töhfələr verir.
Bu gün böyük güc mərkəzlərinin regiona baxışları Azərbaycanın mövqeyi ilə demək
olar, üst-üstə düşür. Regionda marağı olan dövlətlər postmünaqişə
reallıqlarından çıxış etməyə üstünlük verirlər. Təbii, bəziləri buna məcbur
ediliblər. Çünki regiona qayıtmaq üçün başqa bir qapı yoxdur. Xüsusən, ötən
ilin sonları keçirilmiş Soçi və Brüssel danışıqları onu göstərdi ki,
Azərbaycanın tarixi qələbəsi ilə başa çatmış 44 günlük müharibənin nəticələrinə
dair beynəlxalq konsensus mövcuddur. Həm Rusiya, həm də Qərb yeni reallıqları
tanıyırlar.
Diplomatik uğurlarımızın davamlılığı tarixi Zəfərimizin yaratdığı reallıqların
dünyada qəbul edilməsini şərtləndirir. Dünyanın əksər gücləri artıq baş
verənləri görməzdən gəlmir, Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dünya
Azərbaycan xalqının öz torpağına nə qədər sadiq olduğunu, qurbanlar verməyə də,
böyük riskə də nə dərəcədə hazır olduğunu gördü. Bütün bu kimi amillər ölkəmizə
hörməti və etimadı daha da artırdı. Dövlətimizin başçısı İlham Əliyevin qeyd
etdiyi kimi, İkinci Qarabağ müharibəsi təkcə ərazilərin azad edilməsi, milli
ruhun oyanması və ləyaqət hissinin qaytarılması demək deyil, bu, çox müsbət
effektdir və daim müsbət təsir göstərəcək.
KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru
MÜHARİBƏ NƏTİCƏSİNDƏ BEYNƏLXALQ İCTİMAİYYƏT NÖVBƏTİ DƏFƏ ERMƏNİ VANDALİZMİNİN ŞAHİDİ OLDU.
Vətən müharibəsində beynəlxalq ictimaiyyət növbəti dəfə erməni
vandalizminin şahidi oldu. İşğaldan azad edilmiş ərazilərə dərhal müxtəlif ölkələrdən
olan diplomatların, jurnalistlərin, ictimaiyyət nümayəndələrinin təşkil edilmiş
səfərləri erməni siyasətinin əsl simasını ifşa etdi. Ölüləri qəbirdən çıxarıb
onların qızıl dişlərini çıxartmaq, qəbirüstü daşları sındırıb qonşu ölkələrə
satmağa aparmaq, məscidləri dağıtmaq, orada donuz saxlamaq kimi mənzərələr çox
acınacaqlıdır. Azərbaycanın fəal diplomatik fəaliyyəti nəticəsində bu
reallıqların dünyada qəbul edilməsinə şərait yaradıldı. Dünya Azərbaycan
xalqının öz torpağına nə qədər sadiq olduğunu, hər şeyə – qurbanlar verməyə də,
böyük riskə də nə dərəcədə hazır olduğunu gördü.
Vətən müharibəsi zamanı aparıcı ölkələrin mövqeyi də önəmli məsələlərdən idi.
İkinci Qarabağ müharibəsi zamanı Rusiya siyasi nöqteyi-nəzərdən tam neytral
mövqe nümayiş etdirirdi. ABŞ və Fransa isə Ermənistana rəğbətini gizlətmirdi.
Azərbaycan hər zaman beynəlxalq hüququn aliliyini müdafiə edir. Münaqişələr
uzun müddət həll olunmayanda, bu münaqişələrlə məşğul olanlar və ümumiyyətlə,
beynəlxalq aləm bu münaqişələrdən yorulur. Bu yorğunluq indi digər
münaqişələrdə də hiss olunur. Azərbaycan öz gücünə güvənməli və gücünü
artırmalıdır. Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi
müsahibədə Zəngəzur dəhlizi barədə danışaraq qeyd etdi ki, Ermənistan tərəfi
Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır. Dünya aviasiya
sistemində qaydalar var və mövcud dəhlizdən istifadə etmək olar. Zəngəzur
dəhlizinin hava versiyasını həyata keçirərək Naxçıvana uçan təyyarələr həm
vaxta, həm də yanacağa qənaət edirlər. Zəngəzur dəhlizi, sadəcə olaraq, dəmir
yolu deyil. Bu dəhlizdən həm dəmir yolu, həm də avtomobil yolu keçəcək.
Gələcəkdə oradan Naxçıvana elektrik xətləri çəkiləcək. Sonra ola bilsin ki, qaz
xətləri də oradan keçsin. "Zəngəzur dəhlizi” termini artıq beynəlxalq leksikona
da daxil edilib”.
Hazırda Azərbaycan üçün əsas məsələ, Avropa İttifaqı ilə gələcək planları
düzgün tərtib etməkdir. Azərbaycan Avropa ilə daha yaxın əlaqələrin yaradılması
niyyətindədir. Avropa da əlaqələrin genişləndirilməsində maraqlıdır. Ölkəmiz
Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşdır. Enerji təhlükəsizliyi
baxımından Avropanın ən yaxın tərəfdaşı və etibarlı təchizatçı olan
Azərbaycanın qazına ehtiyac duyulur. Prezidentin də qeyd etdiyi kimi,
energetika, nəqliyyat, humanitar məsələlərlə, multikulturalizmlə bağlı bütün
təşəbbüslər regionda daha çox proqnozlaşdırılan vəziyyətə həm siyasi, həm də
iqtisadi fayda əldə edilməsinə hədəflənib.
Nicat Əhmədzadə – Zərdab rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi
AZƏRBAYCAN MDB MƏKANINDA BİRİNCİ ÖLKƏ İDİ Kİ, VAKSİNASİYAYA START VERDİ
Virusa yoluxma tablosunda hər gün ölüm hallarının baş verdiyini
görürük. Bu, o deməkdir ki, virus ilk günlərdə olduğu kimi can almağa davam
edir. Eyni zamanda yeni ştammların meydana çıxması təhlükənin hələ də qaldığını
göstərir. Azərbaycan COVID-19-la fəal mübarizə aparan ölkələrdən biridir.
Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsində də qeyd etdiyi
kimi, ölkəmiz qısa müddətdə səhiyyə infrastrukturunu koronavirusla səmərəli
mübarizə üçün səfərbər etməklə əhalinin təhlükəsizliyinin təmin olunması
istiqamətində nümunəvi tədbirlər görən ölkələrdən biri oldu. Azərbaycan ilk
ölkələr sırasında və MDB məkanında birinci ölkə olaraq vaksinasiyaya start
verdi.
Bu gün 18 yaşdan yuxarı əhalinin 64 faizi artıq iki dozanı alıb.
Prezident İlham Əliyevin üçüncü dəfə vaksin olunması isə hər birimiz üçün
nümunədir.
Bu gün bir çox ölkələrdə qapanmalar, xəstəxanalarda yer çatışmazılığı və digər
çətinliklər olduğu halda, Azərbaycan bu məsələləri yüksək səviyyədə həll edir.
Vaxtında həyata keçirilən qabaqlayıcı tədbirlər, vaksin əlçatanlığının təmin
olunması nəticəsində ölkəmizdə vəziyyət nəzarət olunan səviyyədədir.
Təbii ki, bu sabitliyin sona qədər davam etməsi üçün hər bir vətəndaş öz
məsuliyyətini anlamalı, gigiyenik qaydalara düzgün riayət etməli, vaksinasiya
prosesində fəal iştirak etməlidir. "Omicron” ştammının fəsadları ilə bağlı
artıq Azərbaycan cəmiyyəti də kifayət qədər məlumatlıdır.
Bu baxımdan virusla birgə mübarizəni davam etdirmək olduqca vacibdir. Pandemiyanın
ilk günlərində olduğu kimi, bu gün də biz sona qədər birlikdə güclü olmağı
bacarmalıyıq.
Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi.
Ermənistan tərəfi Zəngəzur dəhlizi ifadəsinə çox böyük qısqanclıqla yanaşır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsi bir çox mühüm məqamlarla
diqqət çəkdi. Dövlət başçısı müsahibə zamanı Azərbaycanda 2021-ci ildə
iqtisadi, sosial sahələrdə görülən işlərə, Azərbaycanla Ermənistan arasında
münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işlərinə,
ölkəmizin xarici siyasətinə və digər məsələlərə dair sualları cavablandırdı.
Ölkə başçımız müsahibəsində bir çox önəmli mesajlar verdi. Ölkə lideri verdiyi
mesajlarla post-müharibə dövründə Azərbaycanın hədəf və məqsədlərini ortaya
qoydu, Ermənistanla münasibətlərin gələcək konturlarını cızdı.
Zəngəzur dəhlizi barədə ölkə başçımızın verdiyi bəyanat xüsusilə diqqəti cəlb
edib. Ölkə lideri bildirib ki, biz bu dəhlizdən hava yolu üçün Ermənistandan
icazə almadan istifadə edirik. Möhtərəm Prezidentimiz vurğuladı ki, biz bu
dəhlizə, sadəcə olaraq, dəmir yolu kimi baxmaq düzgün olmaz. Çünki ,bu
dəhlizdən həm dəmir yolu həm də avtomobil yolu keçəcək, həmçinin gələcəkdə
oradan Naxçıvana elektrik xətləri çəkilməsi planlaşdırılır. Prezidentin bu
açıqlaması Bakının yeni dünya düzənində oynadığı və hədəflədiyi məqsədlərə
aydınlıq gətirir. Ölkə lideri Azərbaycan diplomatiyasının bu müstəvidə əldə
etdiyi uğurlardan da söz açıb. Bildirib ki, bizim səylərimiz nəticəsində artıq
"Zəngəzur dəhlizi” termini beynəlxalq leksikona da daxil edilib. Zəngəzur
dəhlizinin açılışı Asiyadan Avropaya və əks istiqamətdə ölkəmizin üzərindən
keçən nəqliyyat dəhlizlərinin uzunluğunu kifayət qədər qısaldır. Yolun
uzunluğunun azalması həm vaxt itkisinə qənaətdir, həm də yüklərin daşınmasının
maya dəyərinin aşağı düşməsi deməkdir. Bu baxımdan, dəhliz rəqabət qabiliyyətliliyinə
görə səmərəli və rentabelli olacaq. İxrac marşrutunun qısalması iqtisadi səmərə
deməkdir və məhz Naxçıvan vasitəsilə yeni açılacaq Zəngəzur dəhlizi Avropaya və
Şərq ölkələrinə daşınacaq qeyri-neft məhsullarının artırılmasına imkan verəcək.
Onu da qeyd edək ki, dəhlizin açılması turizm sənayesinə də təsirini göstərə
bilər.
Cənab Prezidentin müsahibəsində regionda və dünyada baş verənlərlə bağlı
söylədikləri onun vəziyyətə nə dərəcədə hakim olduğunu söyləməyə əsas verir.
İstər Ermənistanın, istərsə də digər ölkələrin bu müsahibədən nəticə çıxarmalı
olduğu çox məqam var.
Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbin direktor müavini
Uğurlu inkişaf yolu qələbənin əldə olunmasında mühüm rol oynadı
44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi idi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentlərdən danışarkən ölkəmizin hərbi potensialının daha da artırılması, iqtisadi stabilliyin qorunub saxlanılması, ən əsası isə beynəlxalq müstəvidə aparılan düzgün xarici siyasət kursu xüsusi qeyd olunur. Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu. Hal-hazırda azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda aparılan abadlıq yenidənqurma işləri tezliklə regionda inkişafın, canlanmanın və məskunlaşmanın formalaşmasına gətirib çıxaracaq. Uğurla və davamlı şəkildə aparılan işlər ümumi fonda ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.
Ələkbər Kərimov-Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı
İslahat.az