28 Fevral 2020
12:11
619

Ceki Çandan koronavirusla bağlı açıqlama gəldi

Dünyaca məşhur aktyor Ceki Çanın ötən günlərdə koronavirusa yoluxduğu iddi adildi. Aktyor bununla bağlı xəbərlərə sosial mediadan açıqlama verdi.
İslahat.az xəbər verir ki, koronavirusa qarşı dərman hazırlayan şəxsi 142 min dollar mükafatlandıracağını deyən Ceki Çan sosial media hesabından bunları bildirdi: "Narahatlığınıza görə təşəkkür edirəm! Güvəndə və çox sağlamam. Xahiş edirəm narahat olmayın, mən karantində deyiləm. Ümid edirəm ki, hərkəs də güvənli və sağlam qalır!"