11 Aprel 2019
18:01
2372

"Caspian Awards" mükafatlandırma mərasimi keçiriləcək

"Caspian Events Group" tərəfindən təşkil olunan Caspian Awards mükafatlandırma mərasiminin keçiriləcəyi gün bəlli oldu.

Təşkilat komitəsindən İslahat.az-a verilən məlumata görə tədbir, 12 May Park Inn Hoteldə keçiriləcək. Caspian Awards mükafatı sosial şəbəkələrdə keçirilən səs vermə və təşkilatı komitənin il ərzində media və sosial şəbəkələrdə apardığı müşahidələrə əsasən öz sahiblərinə təqdim olunacaq.

Qeyd edək ki, mükafatçılar sırasında tanınmış müğənnilər, aktyorlar, iş adamları, bloggerler, idmançılar və s. öz sahəsində uğur qazanan insanlar iştirak edəcəklər. 

Mükafatçılar sırasında digər ölkələrdən də məhşur simaların iştirak edəcəyi bildirilib. Caspian Awards mükafatlandırma mərasiminin keçirilməsində məqsəd müxtəlif sahədən olan insanları motivasiya etmək və bir araya toplayaraq geniş ictimaiyyətə təqdim etməkdir.

İslahat.az