25 May 2022
12:11
18886

Cabbarov Davos forumundan yazdı

Mikayıl Cabbarov Davos Dünya İqtisadi Forumu (World Economic Forum) çərçivəsində"Neft və qaz”mövzusunda birgə işçi şam yeməyində iştirak edib.

İslahat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Facebook” hesabında paylaşım edib.

"Regional proseslərin enerji bazarlarına təsiri, təhlükəsiz və dayanıqlı enerji sisteminə keçidin əhəmiyyəti, Azərbaycanda bərpaolunan enerji mənbələrinin yüksək potensialı və yaşıl enerji məkanı prinsiplərinə əsaslanaraq həmin enerjinin iqtisadiyyatın bütün sahələrində istifadəsi imkanları barədə danışdıq”, - deyə nazir qeyd edib.

İslahat.az