19 İyul 2019
12:54
717

Bulvarda ilanlar peyda olub? — VİDEO

Bakı Bulvar İdarəsi bulvar ərazisində ilanların olması ilə bağlı məsələyə aydınlıq gətirib.

İslahat.az xəbər verir ki, idarənin mətbuatı xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib ki, bulvar ərazisində ilanların olması xəbəri düz deyil.

Onun sözlərinə görə, videogörüntüdə deyildiyi kimi kütləvi ilanlar yoxdur. 

"İdarənin Səhiyyə Nazirliyi ilə müqaviləsi var. Mütəmadi olaraq ziyanverici həşəratlara və ilanlara qarşı dərmanlama aparılır. Axırıncı dəfə bu proses iyun ayında icra edilib”, - o əlavə edib. 

G.Yelmarqızı qeyd edib ki, bulvar ərazisində ilanların olması ilə bağlı idarəyə nə vətəndaşlar, nə də əməkdaşlar tərəfindən məlumat daxil olub. 

Sosial şəbəkədə bulvar ərazisində ilanın olması ilə bağlı görüntü paylaşılıb. 

Qeyd edək ki, ötən il də analoji hadisə yaşanmışdı. Müğənni Emma (Elmira) Ələkbərzadə "Instagram” hesabında belə bir video paylaşmışdı. 

İslahat.az