13 Dekabr 2021
13:28
20308

“Bu xəstəliyi olanlar koronavirusu ölümcül keçirə bilər” – Türkiyəli mütəxəssis

"Koronavirusa yoluxma dövründə ürək-damar xəstəlikləri ölümcül ola bilər”.

İslahat.az xəbər verir ki, bu barədə türkiyəli mütəxəssis, ürək-damar cərrahı Mustafa Şırlak məlumat verib. O, koronavirusun damarların daxili quruluşuna nüfuz edərək hüceyrələrdə bəzi funksional pozğunluqlar yaratdığı qeyd edib.

Onun sözlərinə görə, funksional pozğunluqlar damarda laxtalanma əmələ gətirir, insult, infarkt və beyin zədələnməsi kimi problemlərə yol açır. Mütəxəssis, laxtalanmanın bir çox xəstədə ölümlə nəticələndiyinə diqqət çəkib. Bu baxımdan Şırlak, COVİD-19-a yoluxan xəstələrin peyvənd olunmaları istiqamətində xəbərdarlıq edib.

"COVİD-19 bu laxtalanmaya səbəb olacaq mexanizmləri işə salır. Onun yaratdığı laxtalanma bədənin bütün damarlarında görülə bilir. Bilirik ki, bu tıxanmalar xərçəng xəstələrində 7 dəfə çox olur. Ona görə də koronavirus dövründə bu cür xəstəliklərin qarşısını əvvəldən almaq və bu xəstəlikdən qaçmaq vacibdir. Bunun üçün isə, ilk yol peyvənd olunmaqdan keçir. Virusa yoluxmayanlar da, aktiv həyat sürməyə, idmana, sağlam qidalanmaya, çəkiyə nəzarətə və nizamlı maye qəbuluna diqqət yetirilməlidir”, deyə professor əlavə edib.

İslahat.az