17 Oktyabr 2018
12:00
931

Bu tədris mərkəzi ləğv olunur — YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin ləğv edilməsinin səbəbi məlum olub.

İslahat.az-ın Report-a istinadən verdiyi məlumata görə, qurumun səlahiyyətləri nazirliyin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə verilib.

Mərkəzin əməkdaşlarının ötən ilin sonuna yaxın yaradılmış bu yeni qurumda işlə təmin ediləcəyi gözlənilir. 

İslahat.az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin "Vergilər” qəzetinin xüsusi buraxılışında məlumat verilib.

Məlumatda deyilir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına bildirə bilərlər.



İslahat.az