18 Avqust 2021
11:14
22978

Bu məhsullarda kəskin bahalaşma müşahidə edilir

2021-ci ildə idxal və ixrac edilən malların ümumi qiymət səviyyəsində ciddi artım müşahidə edilir. 

İslahat.az bildirir ki, iyunda idxal olunan məhsulların qiymət səviyyəsi əvvəlki ayla müqayisədə 1,2 faiz artdığı halda, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,6 faiz, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrünə nisbətən isə 21,5 faiz artıb. 

Xarici ticarət əməliyyatlarında qiymət artımının yüksək olması ixrac mallarında da qeydə alınıb. İxrac olunan məhsulların ümumi qiymət səviyyəsi 2021-ci ilin iyununda əvvəlki ayla müqayisədə 3,9 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 46,4 faiz, 2021-ci ilin yanvar-iyun aylarında 2020-ci ilin eyni dövrünə nisbətən isə 44,5 faiz artıb.

İxrac mallarının idxal mallarına nisbətən daha çox bahalaşması neft qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Azərbaycanın ixracında neft, təbii qaz və neft məhsullarının payı 90 faizdən yüksəkdir. Bu məhsulların dəyəri son bir ildə 50 faizdən çox artdığından Azərbaycanın ixrac etdiyi malların dəyərində də kəskin artım müşahidə olunub. 
İslahat.az