04 Aprel 2022
15:50
15477

Bu ixtisaslar yox ola bilər – Rektordan SOS SİQNALI

"Uzun illər boyu mövcud olan müəyyən ixtisaslar bir anda yox ola bilər”.

İslahat.az xəbər verir ki, bunu İqtisad Universitetinin rektoru Ədalət Muradov deyib. Onun sözlərinə görə, buna baxmayaraq, insanların ali təhsil haqqında düşüncələri və gözləntiləri dəyişməz qalıb:

"Hətta bakalavriaturada təhsil müddətində, yəni dörd il ərzində dünyada o qədər sürətli, güclü və ciddi dəyişikliklər baş verə bilər ki, bu gün təhsil alınan ixtisas tələb olunmaya bilər. Bu ali təhsildə ən ciddi problemlərdən biridir”.

Rektor əlavə edib ki, bu və buna oxşar problemləri vahid standartlarla həll etmək mümkünsüzdür.

İslahat.az