24 Dekabr 2019
16:43
824

Bu il Naxçıvana 416 minə yaxın - TURİST SƏFƏR EDİB

"2019-cu ilin ötən dövründə Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən 416 minə yaxın turist gəlib.

İslahat.az "Report”a istinadən xəbər verir ki, bunu beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dekabrın 21-də keçirilən onbirinci sessiyasında muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov deyib.

O bildirib ki, Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur səyahət jurnalı "Vanderlast” Naxçıvan şəhərini səyahət edilən 50 ən təhlükəsiz və gözəl şəhərlər sırasına daxil edib.

İslahat.az