29 Avqust 2019
12:46
547

Bu icazələr də "ASAN xidmət"dən — ALINACAQ

Sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyi müvafiq sahələr üzrə icazələrin verilməsini asanlaşdırmaq məqsədilə gələn aydan "ASAN xidmət"in təmin etdiyi məkanda fəaliyyət göstərəcək.

İslahat.az-ın məlumatına görə, bunu mətbuat konfransında ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

O bildirib ki, dövlət ekoloji ekspertizası üzrə müvafiq icazələrin, eyni zamanda, vəhşi heyvan və balıqların ovuna icazələrin verilməsi "ASAN xidmət" mərkəzində həyata keçiriləcək:

"Bununla vətəndaş müraciətlərinin daha operativ və asan şəkildə həll edilməsinə, şəffaflığın artırılmasına, göstərilən xidmətlərin təkmilləşdirilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə nail olunacaq".
 
İslahat.az