04 Fevral 2022
11:14
22285

Bu gün Qış Olimpiya Oyunlarının açılış mərasimi olacaq

Bu gün Çinin paytaxtı Pekində 24-cü Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək.

İslahat.az xəbər verir ki, tədbir Pekin Milli Stadionunda təşkil olunacaq. Mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Koronavirus pandemiyası ilə əlaqədar Oyunları yalnız Çin vətəndaşları izləyə biləcəklər. Əcnəbi azarkeşlər isə yarışa buraxılmayacaqlar.

Oyunlarda 91 ölkədən ümumilikdə 3 000-dək idmançı qüvvəsini sınayacaq. Yarışda 15 idman növü üzrə 109 dəst medal öz sahibini tapacaq.

Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edəcək. Yarışda fiqurlu konkisürənlər - Vladimir Litvintsev və Yekaterina Ryabova qüvvəsini sınayacaq. Komandanın bayraqdarı olan Litvintsev fevralın 8-i və 10-da buz üzərinə çıxacaq. Fevralın 15-i və 17-də isə Ryabova öz məharətini sərgiləyəcək.

Qeyd edək ki, Pekin-2022 Qış Olimpiya Oyunlarına fevralın 20-də yekun vurulacaq.

İslahat.az