16 Oktyabr 2020
15:49
1560

“Bu gün baş verənlər Hitlerin Böyük Britaniyanı raket atəşinə tutması faktını yada salır”

Xəbər verdiyimiz kimii, bu gün Ermənistan ordusunun Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində dəfn prosesində iştirk edən 4 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

İslahat.az xəbər verir ki, mülki insanları hədəf almağı ənənə halına gətirən Ermənistanın məlum vəhşiliyi ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Asim Mollazadə, işğalçı ölkənin hərbi cinayətlərinə davam etdiyini vurğuladı:

"Məlum olduğu kimi, mülki insanları hədəf seçmək hərbi cinayətdir. Bunu törədənlər beynlxalq hərbi məhkəməyə cəlb olunmalıdır. Bununla bağlı bizim partiyamızın bir sıra beynəlxalq təşkilatlara müraciəti olub. Orada qeyd olunub ki, həmin müraciətlərdə hərbi cinayət törədən şəxslərlə bağlı ciddi araşdırmalar aparılsın və müvafiq məhkəmə yaradılsın.

Mülki əhaliyə qarşı Ermnistan ordusunun həyata keçirdiyi raket hücumları, əslində müharibənin son günlərində Hitlerin Britaniyanı raket atəşinə tutması faktını xatırladır. Eyniylə Hitler faşizmi kimi, bu gün erməni faşizmi də öz məğlubiyyətinin qaçılmaz olduğunu dərk etdiyi üçün bu cür üsullara əl atır.

Onlar həmişə uşaqlarla, qadınlarla, yaxşlılarla vuruşub. Düşmən ordumuzun qarşısından hər zaman qaçdığı üçün mülki insanlara zərbə endirməyə cəhd edir. Bu isə hərbi cinayətdir və bunu törədənlər hökmən qanun qarşısında cavab verməlidir”.
 
İslahat.az