01 Oktyabr 2019
11:34
588

Bu ərazilərdə qaz təchizatı dayandırılır

Bu gün səhər saat 10:00-dan iki rayonda qaz təchizatı dayandırılacaq.

Bu barədə "Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, Bakının Qaradağ rayonunun Ələt qəsəbəsini təbii qazla təmin edən orta təzyiqli qaz kəmərində sazlama işləri ilə bağlı qəsəbədə bir qrup abonentin qaz təchizatında fasilələr olacaq.

Pirallahı rayonu "Yeni qəsəbə” ərazisini təbii qazla təmin edən orta təzyiqli qaz xəttində və Kamil Rzayev küçəsinə gedən yeraltı qaz xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar isə rayon ərazisində bir qrup abonentin qaz təchizatı dayandırılacaq.

Bundan əlavə, Lerik rayonunda texnika qaz xəttini zədələyib.

Bildirilib ki, dünən gecə 23:10-da Lerik rayonunun Aşağı Anburdərə kəndi ərazisindən keçən 108 mm diametrində olan qaz xəttini texnika ilə zədələyiblər. Bu zaman xəttin üzərindəki siyirtmə də yararsız hala düşüb.

Baş verən hadisəyə görə rayonun Qosmalıyan kəndi yaxınlığından qaz təchizatı bağlanıb və ümumilikdə beş kənddə (Aşağı Anburdərə, Məhləbad, Kələxan, Göydərə və Kəlvəz) 455 abonent qazsız qalıb. Bu gündən bərpa işlərinə başlanılacaq.

İslahat.az