20 Dekabr 2021
17:05
20404

Bu epidemiya 16-60 yaş arasında olanları təhdid edir: Yenidən 3 doza peyvənd vurdurmaq lazım gələcək

Çinin Sian şəhərində "hemorragik hərarət" epidemiyası ortaya çıxıb.

İslahat.az xəbər verir ki, şəhər rəhbərliyi 16-60 yaş arasındakı sakinləri peyvənd olunmağa çağırıb.

"Hemorragik hərarət" peyvəndi üç dozadan ibarətdir, ilk iki doza iki həftəlik fasilə ilə tətbiq olunur. Üçüncü doza bir ildən sonra verilir.

"Hemorragik hərarət" insanlara gəmiricilərin dişləməsindən və ya bu heyvanların təmasda olduqları qida və balıq məhsullarından keçir. İnsandan insana yoluxma hadisəsi isə nadirdir.

İslahat.az