30 Sentyabr 2021
12:24
20756

“Bu dərmanları ölkədə satmaq hərc-mərclik yaradar” – Milli Məclisdə müzakirə

"Bizim dərman vasitələrinin qəbulu planı olduqca sərtdir və ölkəyə yeni dərmanların gətirilməsi üçün əngəl yaradır”.

İslahat.az xəbər verir ki bunu deputat Musa Quliyev deyib. Deputat dərman preparatlarının qeydiyyatında tanınma planına keçməyi təklif edib:

"Biz aparıcı ölkələrin ala bildiyi dərmanları ala bilmirik. Dərmanların qeydiyyatnda tanınma planına keçməliyik. Avropada qəbul edilib işlənən dərmanlar bizdə də qəbul edilməlidir. Niyə Türkiyədə qeydiyyatdan keçmiş dərmanları qeydiyyata alıb ucuz qiymətə sata bilmirik? Bundan başqa mühüm dərmanların ölkədə istehsal olunması lazımdır. Qanunvericilikdə bu məsələyə nəzər salınmalıdır”.

Deputat Əhliman Əmiraslanov isə həmkarının bu təklifinə etiraz edib.O, hansısa ölkədə qeydiyyatdan keçən dərmanın bizdə olduğu kimi qəbul edilməsinin doğru yanaşma olmadığını söyləyib:

"Hər ölkənin dərman qəbulu ilə bağlı spessifik şərtləri var. Hansısa dərmanı filan ölkə qəbul edib deyə, bizdə də qeyd şərtsiz qəbul edilməlidir fikrilə razı deyiləm. Bu sahədə problemlər var. Lakin dövlət qurumlarının icazə vermədiyi dərmanları ölkədə satmaq hərc-mərclik yaradar. Bu işdə çox ehtiyatlı olmalıyıq”.

İslahat.az