07 Yanvar 2020
12:15
711

Britaniyalı qadın-kosmonavt yadplanetlilərin varlığı haqda açıqlama verdi

Britaniyanın ilk qadın kosmonavtı Helen Şerman yadplanetlilərin insanlar arasında yaşadığını ehtimal edib.

İslahat.az xəbər verir ki, yadplanetlilər haqqında fikirlərini qadın "Observer” jurnalına müsahibəsində bölüşüb.

"Kainatda milyardlarla ulduz var və burada mütləq müxtəlif növ həyat olmalıdır”, - deyə Şerman bildirib.

Onun fikrincə, yadplanetlilər insanlar arasında yaşayır, lakin fərqli maddələrdən ibarət olduqları üçün biz onları görə bilmirik.

İslahat.az