13 Yanvar 2021
04:10
15232

Brend şef Seymur Cavadov “Luxury Society” layihəsində

2021-ci ilin ən reytinqli layihəsi olacaq "Luxury Society”-nin fəxri üzvlərinin və mükafatçılarının adları açıqlanıb.

İslahat.az xəbər verir ki, "Luxury Society” layihəsinin iştirakçıları arasında Brend şef Seymur Cavadov da yer alıb. Bu barədə layihənin sosial media hesabında paylaşım olunub, xəbəri Seymur bəy özü də təsdiq edib. O gələn təbriklərə görə hər kəsə dərin minnətdarlığını bildirdiyini deyib.

"Luxury Society” layihəsi adınızı və ya şirkətinizi dünya brendinə çevirməyə dəstək və motivasiya üçün yaradılıb.

Qeyd edək ki, Seymur bəy Azərbaycan Milli Kulinariya Assosiasiyasının idarə heyətinin üzvüdür. Azərbaycan Milli Kulinariya Assosiasiyasının xətti ilə Ruminya, Türkiyyə, Sloveniya və s. ölkələrdə keçirilən beynəlxalq kulinariya yarışlarının qalibidir. Hindistanda keçirilən Dünya Qida Sammitində Azərbaycan Milli mətbəxini təqdim edərək birincilik əldə etmişdir.

WICS-in kulinariya hakimi sertifkatlı münsifdir. WICS-in "Hilal Star" və "Hilal Chef" komissiyasının Azərbaycan nümayədəliyinin sədridir. Hazırda "Turan" restoranlar şəbəkəsinin baş aşbazıdır.

İslahat.az