03 Aprel 2020
16:33
354

Borcu olan abonentlərin suyu kəsilməyəcək

"Karantin müddətində "Azərsu” ASC tərəfindən borca görə abonentlərin suyu kəsilməyəcək”.
İslahat.az-ın məlumatına görə, bu barədə "Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, ölkə ərazisində koronavirus pandemiyası ilə mübarizə çərçivəsində tədbirlər davam etdirilir:
"Qurum tərəfindən borcu olan abonentlərin heç birinin suyu kəsilməyəcək. Lakin "Azərsu” ASC-nin elektron xidmətləri aktivdir. Borcu olan və ödəmək üçün imkanı olan abonentlərin bundan istifadə etməsi xahiş olunur. 
Çünki bu, qurumun dayanıqlı fəaliyyətinə dəstək deməkdir. Abonentlərin suyun kəsilməməsindən istifadə edib, ödənişdən yayınma hallarına yol verməmələri rica olunur. Hissə-hissə olsa da, borcların ödənilməsinə diqqət etsinlər. Smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə, 5 kubmetr kredit götürə bilərlər”.
İslahat.az