06 Aprel 2018
12:12
1980

Bizim Təhsil, Bizim Dövlət!

Elşən Gəncəvi 

Gənc dövlətin quruculuğunda gənclərin təhsilli olması vacibdir. Yalnız təhsilli gənc, dövlətinin gələcəyidir. Cəmiyyətin gələcəyinə isə bütün gənclər cavabdehdir.

Dövlətin gücü, dünya ilə münasibətlərin artırılması və savadlı cəmiyyətin qurulmasında əsas vasitə təhsildir.

Xaricdə nəfəs

Xaricdə təhsil almaq, dövlətin xaricə baxmasında ən böyük roludur. İlk öncə xaricdə təhsil alarkən özünü xarici hiss edirsən. Hər bir insanda davranış, ünsiyyət belə xariciləşir. Müxtəlif insanlarla ünsiyyət qurarkən, həyatın rəngarəng formalaşır. Dövlətin səni izlədiyini düşünsən, təhsil almaqda böyük uğurlar qazanmaqla özünə stimul vermış olacaqsan. Çünki dövlətin üçün və dövlətinin gələcəyi üçün bir anlıq məsuliyyət daşıyıcısı sən olursan. Nəfəs almaq yaşamaqdır. Tələbənin başqa dövlətdə nəfəs alması isə dövlətimizin nəfəs almasına bərabərdir. Təhsil almaqla istədiyiniz ixtisasın sahibi olmaq, dövlətin bir hissəsini idarə edə biləcək gücə sahib olmaqdır. Dövlətin savadlı insan tərəfindən idarə edilməsi hər bir gənc üçün örnəkdir.

Təhsilli qadın, təhsilli ailə

Azərbaycanın böyük problemlərindən biri regionlarda gənc xanımlara olan təzyiqdir. Cəmiyyətin formalaşması və dövlətimizin inkişafına fərdi maneələr törənir.

Rumıniyada xidmət sahələri üzrə çalışan xanımlar Avropanın digər ölkələri üçün bir stimuldur. Çünki sizdə bilirsinizki, xanımın səliqəli geyim tərzi, səmimi ünsiyyətdə olması qarşısında olacaq müştərini daha da cəlbedici edir.
Rumıniyanın hər bir bölgəsində xamımın daha böyük işlərə sahib olduğunu görə bilərsən. Gənc yaşlı oğlanlar isə sadəcə taksi sürməklə kifayətlənir. Bizim cənub və mərkəz bölgələri kimi Rumıniyada da həmin bölgələr var. Gənc xanımlar ailə həyatı qurmamışdan öncə, savadlı, dünya görüşlü və kiçikdə olsa iş həyatında uğurlu olmaq istəyir. Nəticədə hər bir gənc xanım təhsili yaxşı, iqtisadiyyatı zəif olan ölkədə uğuru qazanmaq üçün çox çalışmağı lazımdır. Hər bir kəsin bildiyi kimi Rumıniya iqtisadiyyatı Azərbaycana görə geridə qalır.

Təhsilsiz nigah

Azərbaycanın cənub və mərkəz bölgələrində təhsilsiz xanımlar kimi nümunələr mövcuddur. Ən əsas problem isə gənc qızın yetkin yaşa çatmasından sonra baş verir. 13 yaşında xanımı məcburi şəkildə erkən nigaha təhrik edilməsidir. Təfəkkür, gənc qızın ali təhsil almasına və bacarıqlarını inkişaf etdirməsinə maneə olur. Ölkəmiz üçün isə xeyirli olmur.

Gənc qızın erkən yaşda ərə verilməsi və kölə şəklində "satılması” insan həyatı üçün ucuz variantdır. Ailə qurmaq kiçik bir dövlət qurmaqdır. Amma kiçik bir dövləti inkişaf etdirmək üçün savada və dünya görüşünə ehtiyac var. Əgər bunlara nail ola bilmiriksə, dövlətin ömrü uzun sürməyəcək.

Cəmiyyət

Çünki çox zamanlar gənc yaşda ərə gedilən xanım kiçik dövləti uzun sürdürə bilmir. Gənc yaşda olan xanım həyat yoldaşı tərəfindən cəmiyyətin quruculuğundakı iştirakdan uzaqlaşdırılır. Cəmiyyəti isə güclü qadınlar qoruyur. Təhsilli qadının çox olduğu məkanda özünü-qaydalar mövcuddur.

Kiçik bir dövlət gənc xanım tərəfindən inkişaf etdirilməsi üçün böyük maneələrlə qarşılaşır. Amma savadlı olmayan, iş təcrübəsinə malik olmayan gənc xanım problemlərlə dolu olan kiçik bir dövləti yaşatmağa məcburdur. Bu cür problemlər Azərbaycanın regionlarında, xüsusən cənub bölgəsində tanış olmaq bizə görə adət halını alıb.

Sonda:

Azərbaycanın gələcəyində təhsilli xanımlara böyük ehtiyac var. Bugün mən Azərbaycan Parlamentində hər hansısa sözə sahib olan xanım millət vəkilləri gördükdə çox sevinirəm.

Çünki xaricdə dövlətimizi təmsil etdiyi zaman bir incəlik, bir səmimilik, bir xanımlıq müşahidə edilir. Tariximizdədə təhsilli xanımlar hər zaman örnək olaraq göstərilib.

"Oxu-magiya” kitabı