12 Oktyabr 2021
13:06
21261

“Bizi daha ciddi sınaqlar gözləyir” – Deputat dini konsepsiyanın qəbulundan danışdı

"Prezidentin Cəbrayıla səfərindən sonra dövlətimizə qarşı qərəzli ittihamlar artmağa başladı”.

İslahat.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov Milli Məclisin bugünkü plenar iclasında deyib.

Deputatın sözlərinə görə, Azərbaycanın şanlı qələbəsi bəzilərini narahat edir:

"Azərbaycan güclü dövlətdir və heç kim bizi haqq yolundan çəkindirə bilməz. Ancaq burada din amilindən istifadə edilir. Hesab edirəm ki, dini təhlükəsizliyimizi gücləndirməli, dini konsepsiya qəbul etməliyik. Bizi qarşıda daha ciddi sınaqlar gözləyir. Ona görə daha ayıq olmalıyıq"

İslahat.az