Azay Möhnətov: "Otuz ilə yaxındır ki, bizneslə məşğul
oluram. Biznesin isə birinci qaydası halallıqdır. İkinci qaydası isə qanunla çalışmaqdır.
Biz, halallığın və qanunun tərəfdarıyıq.”
"AF Holdinq” Şirkətlər Qrupunun rəhbəri, İş adamı Azay Möhnətovun "İslahat.az” xəbər portalına müsahibəsini təqdim edirik.
Azay müəllim, iş həyatınızda hansı yeniliklər var?
Gördüyümüz işlərin keyfiyyətini artımağa çalışırıq. İş həyatımızda və biznesdə müsbət nümunələr yaratmaq üçün təşəbbüslərimizi genişləndiririk. Həmçinin, cəmiyyətimiz üçün, dövlətimiz üçün faydalı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü bütün işlərə biz də öz tərəfimizdən dəstək olmağa çalışırıq. Dövlətimizin iqtisadi addımlarını dəstəkləyirik.
Azay müəllim, Sizin iş adamı olmağınız bəzən, mətbuatda müxtəlif qərəzli materialların dərc olunmasını nümayiş etdirir.
Maraqlı məqama
toxundunuz. Bununla bağlı dostlarımız da mənə deyirlər. Bir şeyi xüsusi
vurğulamaq istəyirəm ki, mən heç vaxt media əməkdaşları ilə problem
yaşamamışam. Azad mətbuatdır, hər kəs təhqir etmədən fikirlərini qərəzli və ya
qərəzsiz yaza bilər. Hər bir şəxs də öz mövqeyini cavab olaraq bildirmək də
azaddır. Yəni, mətbuat ilə münasibətlər qarşılıqlıdır. Jurnalist peşəsinin
sahibləri öz obyektivliklərini qorumalıdır. Müsbət nümunələri təqdim etməkdən çəkinməməlidir.
Tənqid də olmalıdır. Bizim sahəmiz elədir ki, inkişaf üçün tənqid birinci şərtdir.
Biz, öz işlərimizlə cəmiyyətimizi, dövlətimizi və möhtərəm Prezidentimizi dəstəkləyirik.
Hər kəs bu ali ideyanı əsas götürərək müsbət işlər görməlidir.
Azay müəllim, mətbuatda adaşınız, Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin adından sui-istifadələrə yol verilməsi ilə bağlı məlumatlar dərc olunub.
Çox təəssüf
edirəm. Otuz ilə yaxındır ki, bizneslə məşğul oluram. Biznesin isə birinci
qaydası halallıqdır. İkinci qaydası isə qanunla çalışmaqdır. Biz, halallığın və
qanunun tərəfdarıyıq. Azay nadir adlardandır və buna görə bir çox hallarda
insanlar bizi səhv salırlar. Adaşım, hörmətli millət vəkilimiz Azay müəllim
haqqında gedən yazılar, bizim adaş olmağımızdan sui-istifadə edən mediada
çalışan həmvətənlərimiz üçün təəssüf edirəm. Çünki, bütün bu yazılanlar doğru
deyil. Qarşı tərəfin fikri öyrənilmədən materiallar dərc olunur. Həm adaşım, həm
də mən, ikimizin də səhv salınmağımızla rastlaşmışıq. Mən iş adamıyam, Azay
Quliyev isə siyasətlə məşğuldur. Azay Quliyev millət vəkilidir, ATƏT PA-nın
vitse presindeti kimi ölkəmizi xaricdə yüksək səviyyədə təmsil edir. Biz, hər
ikimiz şəffaf, möhtərəm Prezidentimiz və dövlətimiz üçün sədaqətli işlər görən
insanlarıq. Hər ikimiz dövlətə, xalqa və möhtərəm Prezidentimizə xidmət edirik.
Mən, adaşım Azay müəllimin gördüyü işləri təqdir edirəm və bu yolda
yorulmamasını arzulayıram.
Azay müəllim, mətbuatda gedən yazılarda qeyd olunur ki, Sizin biznes fəaliyyətlərinizdə millət vəkilimiz Azay Quliyevin adından istifadə olunmasında məqsəd bəzi dövlət qurumlarında, xüsusilə Vergilər Nazirliyi qarşısında imtiyazlar və güzəştlər əldə edilməsi niyyəti ilə olmuşdur. Buna münasibətiniz?
Azərbaycan
Respublikası qanunlarla tənzimlənən bir dövlətdir. Dövlət məmurlarının Vergilər
Nazirliyi qarşısında hər hansısa imtiyazı və güzəşti mövcud deyil. Rəsmi və ya
qeyri- rəsmi bu reallıqdan uzaq yanaşmadır. Azərbaycan Respublikasının
qanunvericiliyində kimlərə imtiyazlar və güzəştlər tətbiq edilməsi müəyyən
edilib. Hansıki, bu imtiyazlar və güzəştlər milli qəhrəmanlarımıza, şəhid ailələrimizə,
veteranlara, çox uşaqlı ailələrə və s. şəxslərə aid edilir. Mən iş adamıyam,
Azay Quliyev isə siyasətçidir. Uzun illərdir ki, biznes fəaliyyətimizdə də şəffaf
və qanun çərçivəsində fəaliyyət göstəririk. Millət vəkilimiz Azay Quliyev Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının sədridir və bu vəzifə yüksək etimadın göstəricisidir. Hər birimiz Azərbaycan
vətəndaşı olaraq qanun qarşısında məsuliyyətli vətəndaş olmalıyıq.
Azay müəllim, əlavə qeyd etmək istədiyiniz, sonda demək istədiyiniz hansı fikirlər var?
Biznes sahəsində atdığımız addımlar, iş həyatı üçün gördüyümüz işlər bizim faydalılığımızı ifadə edir. İstənilən iş, istənilən layihə və istənilən ideya öz faydalılığını göstərməlidir. Əsas ideyamız budur. Biz də bunun üçün çalışırıq. Ümid edirəm ki, mediada çalışan dostlarımız bütün anlaşılmazlıqlara son qoyacaq.
İslahat.az