19 Noyabr 2021
11:27
20322

Bill Qeytsdən pandemiyanın bitəcəyi tarixlə bağlı AÇIQLAMA

2019-cu ilin son günlərində həyatımıza daxil olan koronavirusla bağlı sevindirici xəbər Bill Qeytsdən gəlib.

İslahat.az xəbər verir ki, dünyanı COVID-19 kimi bir epidemiyaya qarşı xəbərdar edən və haqlı çıxan Bill Qeyts pandemiyanın nə vaxt bitəcəyini də açıqlayıb.

Bill Qeyts pandemiya ilə bağlı adı ən çox hallandırılan şəxslərdən biridir. Çünki adı sui-qəsd nəzəriyyələri ilə hallanan Qeyts pandemiya xəbərdarlığını əvvəlcədən etmişdi. 2015-ci ildə koronavirusa bənzər bir epidemiyaya hazır olmadığımızı bildirən və bununla bağlı xəbərdarlıq edən Qeytsi tarix haqlı çıxarmışdı.

İndi isə Bill Qeyts 2022-ci ilin ortalarına qədər koronavirusla əlaqəli ölümlərin çox aşağı səviyyədə olacağını gözlədiyini söyləyib. "Gələn ilin ortalarında təhlükəli variantların ortaya çıxacağını düşünmürəm" deyən Qeyts, COVID-19 səbəbiylə ölüm və yoluxma nisbətlərinin 2022-ci ilin ortalarına qədər mövsümi qrip səviyyəsinə çatacağına inandığını bildirib.

COVID-19-a qarşı başladılan layihələrə maliyyə dəstəyi verən milyarder bu çərçivədə milyonlarla dollar xərcləyib.

Xatırladaq ki, Qeyts cütlüyünün rəhbərlik etdiyi Qeyts Fondu hələ 2002-ci ildən başlayaraq "Pfizer”, "BioNTech” və "CureVac” kimi vaksin istehsalı ilə məşğul olan şirkətlərə sərmayə qoyub.

İslahat.az