27 İyun 2019
15:26
605

Biləsuvarda ağır qəza: iki ölü

Biləsuvarda ikinəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun şəhər ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes” markalı avtomobillə "VAZ-21015” markalı avtomobilin toqquşması nəticəsində ikinəfər hadisə yerində həyatını itirib.Ölənlərin Biləsuvar sakinləri olduğu bildirilir.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.

İslahat.az