09 Avqust 2020
11:06
546

Beyrutdakı etiraz aksiyalarında 728 nəfər yaralandı

Livanın paytaxtı Beyrutda hökumət əleyhinə keçirilən etiraz aksiyalarında azı 728 nəfər yaralanıb, 19 fəal saxlanılıb.

İslahat.az xəbər verir ki, bu barədə "Al Jazeera” telekanalı məlumat yayıb.

Bildirilib ki, aksiyalar zamanı 19 fəal saxlanılıb. Yaralılar arasında polis əməkdaşları da var. 

Qeyd edək ki, aksiya iştirakçıları hökumətin istefasını və islahatlar paketinin qəbulunu tələb edir. 

İslahat.az