22 Noyabr 2020
12:57
3898

Beynəlxalq ictimaiyyət Ermənistanın Füzuliyə vurduğu ziyanı qiymətləndirəcək - Prezidentin köməkçisi

"Azərbaycanda akkreditə olunmuş səfirlər, beynəlxalq təşkilatların rəhbərləri və Azərbaycana təyin edilmiş hərbi attaşelər işğaldan azad edilmiş Füzuli rayonundadırlar. Beynəlxalq ictimaiyyət Ermənistanın işğal dövründə Füzuliyədəki dağıntılarının miqyasını qiymətləndirməlidir".

İslahat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitterdəki səhifəsində yazıb.


İslahat.az