15 Sentyabr 2021
13:51
22450

"Beşiktaş" daha bir itki ilə üzləşdi

Türkiyənin "Beşiktaş" klubu Almaniyanın "Borussiya" (Dortmund) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl daha bir itki ilə üzləşib.
 
İslahat.az İstanbul təmsilçisinin rəsmi twitter hesabına istinadən xəbər verir ki, Kevin N Kudu zədə səbəbindən qarşılaşmanın heyətindən çıxarılıb.

26 yaşlı fransalı vinger ayağındakı ağrılar ucbatından bugünkü matçı buraxacaq. Daha əvvəl xorvatiyalı müdafiəçi Domaqoy Vidanın eyni səbəbdən oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, "Beşiktaş" - "Borussiya" (Dortmund) görüşü Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.

İslahat.az