04 Mart 2019
13:53
533

"Beauty star Azerbaijan-2" layihəsinin qala gecəsi keçirilib - FOTOLAR

"Avand production”nun təşkilatçılığı ilə "Beauty Star Azerbaijan -2" layihəsinin qala gecəsi baş tutub.

İslahat.az xəbər verir ki, tədbirdə ilin trend saç düzümləri, "make up", "fashion" geyimləri nümayiş olunub.

Yarışa paytaxt Bakı ilə yanaşı regionlardan da iştirakçılar qoşulub. Bir-birindən maraqlı hadisələrlə və sürprizlərlə yadda qalan gecədə tanınmış müğənnilər, stilistlər, vizajistlər, aktyorlar, bloqerlər iştirak ediblər.

"Make up" kateqoriyası üzrə 1-ci yeri Şahnaz Məmmədova, "hair stilist" kateqoriyası üzrə 1-ci yeri isə Arzu Nəcəfovatutub.

Qaliblərə və qonaqlara xüsusi hədiyyələr də təqdim olunub. Qeyd edək ki, geyim nümayişində iştirak edən modellərin saç və "make up" düzümlərini peşəkar ustalar hazırlayıb.

"Make up" kateqoriyası üzrə yarışan vizajistlərin modelləri bəzəməsi onlara daha da gözəllik qatıb. Bütün bunlar qonaqlarda xüsusi maraq oyadıb.

Eyni zamanda tədbirdə yeni kosmetik məhsulların təqdimatı olub. Fransadan ölkəmizə gətirilən bu vasitələr xanımlar üçün sürpriz olub. Qonaqlara xüsusi hədiyyələr təqdim olunub.

Layihə sosial şəbəkələrdə məhşurlar tərəfindən paylaşılıb və müsbət rəylər qazanıb.

Xatırladaq ki, sözügedən yarışma ötən il də keçirilib. Layihənin təşkilatçıları Ayaz MəmmədovTural Ələkbərovdur.

İslahat.az