27 Aprel 2022
16:37
15576

Bayramov Mirzoyanla nələri müzakirə edib?

İşğaldan azad edilən layihələr barədə, yaxın illərə olan planlarımız barədə qarşı tərəfə məlumat verdim.

İslahat.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstan xarici işlər naziri İliya Darçiaşvili ilə birgə mətbuat brifinqində deyib.

Nazir bildirib ki, postmünaqişə dövründə Azərbaycanın əsas məqsədi bölgədə sülhün təmin edilməsidir:

"Bu məsələ barədə görüşümüzdə həmkarıma ətraflı məlumat verdim. Azərbaycan sülh sazişinin prinsipləri barədə ətraflı məlumat verib. Bilirsiniz ki, sərhədlərin delimitasiyası ilə bağlı işlər aparılır. Mənim Ermənistan xarici işlər naziri ilə iki telefon danışığım olub. Delimitasiya ilə bağlı komissiyanın parametrləri barədə razılıq var. Komissiyanın yaxın zamanlarda fəaliyyətə başlaması üçün şərait mövcuddur”, - deyə nazir bildirib.

İslahat.az