30 Yanvar 2020
14:49
640

Baş redaktorlardan namizəd Elşən Gəncəviyə DƏSTƏK (FOTOLAR)

9 fevral 2020-ci il tarixində keçiriləcək Milli Məclisə seçkilərdə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizəd Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu uzun illərdi media sahəsində çalışan baş redaktorlardan dəstək alıb.

İslahat.az xəbər verir ki, görüş zamanı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan islahat dalğası, seçki prosesi, ictimai fəaliyyətin vacibliyi və gündəm mövzuları müzakirə edilib.

Elşən Gəncəvi – Nəcəfov Elşən Hökumət oğlu AMV Şirkətlər Qrupunun direktoru, "PUBLIC AZERBAIJAN” Konsepsiyasının rəhbəri, "Oxu-magiya” kitabının yazarı, "AMVPRESS.AZ” informasiya portalının baş redaktoru, "PUBLIC” jurnalının təsisçisi, ictimai və iqtisadi layihələrin müəllifidir. Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsində bakalavr, Rumıniya – Timişoara Qərb Universitetinin "Siyasi Elmlər” fakültəsində magistr təhsilini alıb.

Elşən Gəncəvi müxtəlif dövrlərdə bir çox yerli və beynəlxalq sertifikat və fəxri diplomlarla təltif olunub. Həmçinin, ictimai xadim və iş adamı olaraq müxtəlif mükafatlara layiq görülüb.

İslahat.az