25 Avqust 2021
16:20
22272

Baş pediatr: “Uşağın immunitetini qaldırmaq üçün dərman vermək düzgün deyil”

"Uşağın immunitetini qaldırmaq üçün dərman vermək düzgün deyil”

İslahat.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov deyib. 

Onun sözlərinə görə, dərmanı vermədən əvvəl onu araşdırmaq lazımdır:

"Onun bədənində hansı vitamin çatışmırsa, ona uyğun müalicə olunmalıdır. Uşaq tez-tez xəstələnir və valideynlər o xəstələnməsin deyə immuniteti artıran dərman verirlər. Bu da düzgün deyil. Bunu etməkdənsə, uşağı vaxtında peyvəndə aparın və iki yaşa qədər ana südü verin”.

İslahat.az