29 Noyabr 2019
11:40
727

Baş nazirdən vacib - QƏRAR

Aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsini ilə bağlı qərar təsdiq edilib. 

İslahat.az-ın məlumatına görə, bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, aqrar sığorta haqqının hər bir sığorta məhsulu üzrə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməli olan hissəsi kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsulları (çoxillik əkmələr və onların məhsulu da daxil olmaqla) üzrə sığorta haqqının 50 faizi həcmində, kənd təsərrüfatı heyvanları və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanlar üzrə sığorta haqqının 50 faizi həcmində və akvakultura məhsulu üzrə sığorta haqqının 50 faizi həcmində təsdiq edilib.

Bu qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. 

İslahat.az