26 Noyabr 2021
11:46
22248

Baş nazir rusiyalı həmkarına başsağlığı verdi

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

İslahat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir Kemerovo vilayətində "Listvyajnaya” kömür şaxtasında baş vermiş qəza nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladığını bildirib.

Məktubda Rusiya Hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib.

İslahat.az