17 Yanvar 2022
11:44
21724

Baş nazir qərar imzaladı - Bu şəxslərin maaşı artırıldı

Nazirlər Kabinetinin "İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərarında dəyişiklik edilib.

İslahat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 (səkkiz yüz doxsan) manatdan 1070 (min yetmiş) manata qaldırılıb.

İslahat.az