10 Yanvar 2020
13:07
1206

“Barselona” qələbəni beş dəqiqəyə əldən verdi

İlk dəfə yeni formatda keçirilən İspaniya Superkubokunda yarımfinal mərhələsi başa çatıb.

Dörd komandanın iştirakı ilə Səudiyyə Ərəbistanında keçirilən yarışın ikinci finalçısı "Barselona” və "Atletiko” arasında matçda müəyyənləşib.

İspaniya Superkuboku
Yarımfinal

9 yanvar
"Barselona” – "Atletiko” – 2:3

Messi, 51, Qrizmann, 62 – Koke, 46, Morata, 81 (pen.), Korrea, 86

Qeyd edək ki, yanvarın 12-də keçiriləcək həlledici matçda Madrid derbisi baş tutacaq. "Atletiko” digər paytaxt klubu "Real”la qarşılaşacaq.

İslahat.az