22 Yanvar 2020
12:27
682

Bakının bu ərazilərində su olmayacaq

Bakının bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə İslahat.az-a "Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar gün ərzində paytaxtın Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

İslahat.az