Əvvəlcədən
məlumat verildiyi kimi, yaxın günlərdə dayanma, durma və parklanma qaydalarını
pozan nəqliyyat vasitələrinin nəzərdə tutulmuş hallarda və qaydada müvəqqəti
duracağa daşınması – təxliyə xidmətinə başlanılacaq.
Bakı Nəqliyyat Agentliyi sürücülərin məlumatlandırılması məqsədi ilə ilkin
olaraq təxliyə işlərinin həyata keçiriləcəyi ünvanları elan edib.
Agentlikdən verilən məlumata görə, bu ünvanlar
vətəndaşlar müraciətləri və aparılan müvafiq təhlillər nəticəsində müəyyən
edilib. Bunlar daha çox şikayət olunan, qanunsuz parklanma səbəbindən günün pik
və qeyri-pik saatlarında nəqliyyat sıxlığı müşahidə edilən ərazilərdir.
Bakı şəhərinin inzibati ərazisində qanunsuz parklanmalar səbəbindən tıxac
və sıxlıq yaranan ərazilər
S/s Küçə/prospekt Ərazi
M.Hadi küç. Əhmədli m/st. ətrafı
Qara Qarayev pr. 8-ci km bazarının qarşısı
Qara Qarayev pr. Neftçilər m/st. - Dakar meydanının ətrafı
B.Çobanzadə küç. Şadlıq saraylarının qarşısı
Bakı Dairəvi yolu – Zaqulba şos. Bilgəh kordioloji sanatoriyasının qarşısı
Şəhər şossesi(Sabunçu-Zabrat yolu) Yerüstü piyada keçidinin yanı
Sakit Qocayev küçəsi Bakıxanov TM-nin ətrafı
Heydər Əliyev pr. Qala yoluna dönən hissə (Rahat marketin qarşısı)
Əli İsazadə küç. (Binə qəs.) Mərkəz
Heydər Əliyev pr. Koroğlu m/st. ətrafı
Xocalı pr. Xətai m/st.qarşısı
Nobel pr. ASAN Xidmətin qarşısı
Afiyəddin Cəlilov küç. "Megafun”ın qarşısı
Neftçilər prospekti Prospekt boyu
28 May küç. 23 nömrəli məktəbin qarşısı
Dilarə Əliyeva küç. ADNSU-nin yanı
Xəqani küç. Küçə boyu
Nizami küç. Küçə boyu
K.Kazımzadə küç. Zooparkın qarşısı
F.X.Xoyski pr. Gənclik Mall-un qarşısı
Ağa Nemətulla küç. Nərimanov Rayon Məhkəməsinin qarşısı
Təbriz küç. Metropark TM. və Nərimanov metro stansiyasının qarşısı
M.K.Atatürk pr. Ayna Sultanova heykəlinin yanı
Ak.H.Əliyev küç. Asan xidmətin qarşısı
Moskva pr., Müzəffər Həsənov küç., Rövşən Cəfərov küç. 20 Yanvar m/st ətrafı
Rövşən Cəfərov, Alı Mustafayev, Cavadxan küçələri 3-cü mkr. dairəsinin ətrafı
Alı Mustafayev küç. 3-cü mkr. bazarının qarşısı
Cavadxan küç., Hüseynbala Əliyev küç. Memar Əcəmi m/st. ətrafı
Rəşid İsmayilov küçəsində Biləcəri dairəsi
Moskva pr. "Şamaxinka” adlanan ərazi
H.Zərdabi pr. Topçubaşov adına xəstəxananın qarşısı
A.Salamzadə küç. Yasamal Rayon Polis İdarəsinin yanı
A.M.Şərifzadə küç. İnşaatçılar m/st. ətrafı və ASAN xidməti
Əsəd Əhmədov küçəsi Bizim marketin qarşısı
Hüseyn Cavid pr. Elmlər Akademiyası m/st. ətrafı
Abdulla Şaiq küç. Statistika dairəsi
C.Cabbarlı küç. "Caspian Plaza"-nın qarşısı
Süleyman Rəhimov küçəsi Bakı Slavyan Universiteti
Süleyman Rüstəm küçəsi Süleyman Rəhimov küçəsi ilə kəsişməsi
Ş.Bədəlbəyli küç. Azadlıq pr. ilə kəsişmə
S.S.Axundov küç. Azadlıq m/st. ətrafı
Əcəmi Naxçıvani küçəsi Küçə boyu