22 Avqust 2019
14:13
2577

Bakıda sakinləri cənab Prezidentə qarşı çıxaran tikinti şirkəti – “Lider-N” MTK

Bu gün Bakıda tikinti işləri ilə məşğul olan yüzlərlə şirkət fəaliyyət göstərir. Son vaxtlarda isə həmin tikinti şirkətlərindən bir neçəsi vətəndaşları aldatmaqla, dələduzluqla məşğul olmaqla gəlirlərini artırır, vətəndaşlara külli miqdarda ziyan vurur. Statistikaya nəzər salsaq, bu gün 10-dan artıq tikinti şirkəti bu cür dələduzluq etdiyi üçün barələrində cinayət işləri başlanıb. Həmin tikinti şirkətləri hətta vətəndaşlara şirnikləndirici vədlər verməklə arxalarında yüksək çinli dövlət məmurlarının dayandığını iddia edərək insanları daha asan aldadıb onların pullarını əllərindən alıblar. Bakıda bu cür fırıldaqçı tikinti şirkəti kimi "Lider-N” MTK şirkəti ad çıxardı. Bu şirkət vətəndaşları aldadaraq onlarla "pilot layihə” adı ilə müqavilə bağlayıb. Amma indi müqavilədə yazılan və söz verdiyi kimi əməl etmir. ”Hətta rəhbərlik qeyri-qanuni olaraq nəzərdə tutulan evləri sakinlərə təqdim etməyəcəyini bildirib. Müqavilədə başqa şey yazılıb, amma müqaviləyə uyğun heç bir davranış və qanuni addımlar atılmır.”"pilot layihə” adı ilə müqavilə bağlayıb. Amma indi müqavilədə yazılan və söz verdiyi kimi əməl etmir.

"Yeni Gundem”in xəbərinə görə,"Lider-N” MTK-nın Bakı şəhəri, N.Nərimanov rayonu, Fəxrəddin Əsədov küç. 12 ünvanında yerləşən həyətin sakinləri bildirib ki, mənzilləri almamışdan qabaq onlara verilən sözə əməl edilmir. Bizimlə müqavilə bağlasalarda rəsmi qayadada yazılanlarla binadakılar bir-biri ilə düz gəlmir. "Lider-N” MTK-nın rəhbərliyi qanunsuz olaraq evimizin içərisindən 14 metrə qaz turbasını qonaq otağından mətbəxə keçirib. Şikayətimizi bildirərək, hər zaman qeyd etmişik ki, bu qaz turbası binaya və insan həyatına təhlükə yaradacaq. ”Hətta rəhbərlik qeyri-qanuni olaraq nəzərdə tutulan evləri sakinlərə təqdim etməyəcəyini bildirib. Müqavilədə başqa şey yazılıb, amma müqaviləyə uyğun heç bir davranış və qanuni addımlar atılmır.”

"Lider-N” MTK-nın rəhbəri Nazim Quliyev tikilən binanın Prezident ailəsinə, cənab Prezident İlham Əliyevin əmisi oğlu Fərid Əliyevə aid olduğunu bildirirək, hara şikayət edilməsindən asılı olmayaraq istədiyi kimi davranış nümayiş etdirəcəyini deyib. Hətta, onunla söhbət etmək istəyən sakinləri iş otağından qovub.

Sakinlər Ələkbərli Gülzar Şamxal qızı, Şəfiyev Çingiz Fərman oğlu və Məmişova Sevil Nizam qızı tərəfindən redaksiyamıza daxil olan şikayət də "Lider-N” MTK-nın ölkəmizin başçısı cənab Prezident İlham Əliyevin və onun ailəsi adından istifadə edərək dələduzluq faktlarının olduğunu bildirmişlər.

Sakinlər şikayətlərində bildirirlər ki, bizim problemimizi həll etməkləri üçün hər dəfə müraciət edirik, amma boş sayırlar. Biz müqavilədə razılaşdığımız nüansları təmin edilməsini tələb edirik. Öz haqqımızı tələb edirik.

"Lider-N” MTK-nın Rəhbəri Nazim Quliyev isə hər dəfəsində eyni cümlələri ifadə edir. Kimə istəyirsiniz şikayət edin, problem həll olunmayacaq. Çarəsiz qalmışıq, bilmirik nə edək. Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev tikintidən öncə sakinlərlə görüşdə qeyd etmişdir ki, hər şey onların həyat şəraitinin yaxşılaşdırmaq məqsədi ilə edildiyini deyib. Amma hazırda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyevdən heç bir reaksiya və addım atılmır.Sakinlər müraciətlərində qeyd ediblər ki, heç kəsə ümidimiz qalmayıb. Ümidimiz ancaq ölkə başçımız cənab Prezident İlham Əliyev və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevadan kömək gözləməkdir.

Sakinlər cənab Prezident İlham Əliyevdən və ölkəmizin birinci xanımı Mehriban xanım Əliyevadan kömək gözləyirlər.

Mövzunu diqqətimizdə saxlayacağıq.
 
İslahat.az