08 May 2019
17:26
859

Bakıda şagird məktəbin ikinci mərtəbəsindən yıxıldı

Sosial şəbəkələrdə Bakının 239 saylı orta məktəbində şagirdin məktəbin ikinci mərtəbəsinin pəncərəsindən tullanmasını əks etdirən görüntülər yayılıb.

Videogörüntülərdən şagirdin həyatını təhlükəyə ataraq, dərsdən qaçmağa çalışdığı görünür.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) şagirdin pəncərədən tullanmasına dair görüntülərə münasibət bildirib.

BŞTİ-dən Oxu.Az-a verilən açıqlamaya görə, videogörüntünün hansı məktəbə aid olduğu bəlli olmasa da, araşdırma aparılır:

"Məsələ ilə bağlı müvafiq araşdırma aparılır. Videogörüntünün hansı məktəbə aid olduğu müəyyən edildikdən sonra müvafiq tədbirlər görüləcək”.

Qeyd edək ki, sözügedən videonu prodüser Tarix Əliyev (Tolik) "Instagram” səhifəsində paylaşıb.
 
İslahat.az