02 Oktyabr 2019
13:54
1016

Bakıda ruhi xəstə itkin düşdü

Bakıda 46 yaşlı kişi itkin düşüb.

İslahat.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında qeydiyyatda olan Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsi, döngə 11-də yaşayan, ruhi əsəb xəstəliyinə görə birinci qrup əlil olan 1973-cü il təvəllüdlü Tağıyev Arzuyar Sayad oğlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Bu barədə hüquq-mühafizə orqanlarına onunla bir ünvanda yaşayan qardaşı Tağıyev Hafiz Sayad oğlu ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.
 
İslahat.az