17 Yanvar 2022
13:36
21167

Bakıda QƏZA: Avtomobil piyadanı vuraraq öldürdü

Bakının Sabunçu rayonunda qəza zamanı bir nəfər ölüb.

İslahat.az xəbər verir ki, hadisə Sabunçu dairəsində qeydə alınıb.

Hələlik ad soyadı naməlum olan təxminən 30-35 yaşlı kişi yolu keçərkən onu minik avtomobili vurub.

Piyada hadisə yerində ölüb. Meyit morqa yerləşdirilib.

Hazırda ölən şəxsin kimliyi araşdırılır.

İslahat.az