11 May 2022
11:21
15168

Bakıda polis idarəsində intihara cəhd

Bakının Sabunçu rayonunda intihara cəhd olub.

İslahat.az xəbər verir ki, hadisə Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində qeydə alınıb.

1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu saxlanılaraq polis bölməsinə gətirilib. O, bölmənin ikinci mərtəbəsində özünü pilləkəndən atıb. T.Abbasov müxtəlif bədən xəsarətləri ilə bölmənin polis əməkdaşlarının nəzarəti altında 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

İslahat.az