21 Yanvar 2022
11:24
22325

Bakıda maşına atəş açıldı

Yanvarın 20-si saat 18:00 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tərlan Namazovun idarə etdiyi "Pajero” markalı avtomobilə odlu silahdan atəş açıb.

İslahat.az xəbər verir ki, bu barədə Oxu.Az hüquq-mühafizə orqanlarından məlumat əldə edib.

Mətbuat xidmətindən bildirilib ki, fakt qeydə alınıb, xoşbəxtlikdən xəsarət alan yoxdur. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində polis əməkdaşları tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

İslahat.az