08 May 2019
13:56
653

Bakıda intihara cəhd: qadın özünü körpüdən atmaq istədi - VİDEO

Bakıda qadın intihara cəhd edib.

İslahat.az-ın məlumatına görə, hadisə yaxın dəqiqələrdə paytaxt ərazisində baş verib. 

Belə ki, orta yaşlarda bir qadın Koroğlu metrosu yaxınlığında yerləşən körpünün üzərinə çıxaraq özünü atmaq istəyib.

Ərazidəki insanlar və polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər. 

Qadın özünü atan zaman son anda polis əməkdaşları tərəfindən xilas edilib. 

Qeyd edək ki, 2014-cü ildən başlayaraq bu körpü bir müddət intiharlara cəhdlərin məskəninə çevrilmişdi. Bu səbəbdən də körpüyə el arasında "intihar körpüsü” adı verilib.

Hətta 2018-ci ilin iyununda həmin körpüdə intihar etmək istəyən şəxsi fikrindən baş nazir Novruz Məmmədov daşındırmışdı.
 
İslahat.az