05 May 2022
16:24
19790

Bakıda iki körpəsini sığınacağa atan qadın: “Özümü və uşaqları benzinlə yandıraram”

Ötən gün uşaqlarını sığınacağa ataraq gedən qadının görüntüləri yayılıb.

İslahat.az xəbər verir ki, bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O qeyd edib ki, dünən uşaqlarını sığınacağa qapıdan tələsik verib gedən qadının görüntülərini ictimailəşdirməkdə məqsəd qadının səhər gəlib polis işçilərinə, eləcə də sığınacaq işçilərinə qeyri-etik ifadələr işlədərək uşaqları geri götürmək istədiyini bildirməsidir:

"Biz uşaqları qadına vermədik. Uşaqları yalnız yerli icra hakimiyyətinin qərarından sonra qadına təhvil verə biləcəyimizi bildirdik. Bundan əlavə, qadın uşaqları və özünü benzinlə yandıracağı ilə bağlı hədələr işlətdi”.

İslahat.az