22 May 2019
12:19
669

Bakıda gənc onuncu mərtəbədən yerə düşdü - Atıldığı iddia olunur

Bakıda 17 yaşlı oğlan intihar edib.

İslahat.az-ın məlumatına görə, hadisə dünən saat 18:00 radələrində paytaxtın Nəsimi rayonu ərazisində baş verib. 

Belə ki, Moskva prospekti 3007-ci məhəllədə 2002-ci il təvəllüdlü S.Q. özünü yaşadığı binanın 10-cu mərtəbəsinin pəncərəsindən ataraq intihar edib. 

Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Yaxınları onun intihar etmədiyini, itələndiyini iddia edirlər.

Faktla bağlı araşdırma aparılır.
 
İslahat.az